Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Natəvan Babayeva səhhətindən danışdı:“Ata-anamın kəndində, qohumların əhatəsindəyəm”

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayevanın səhhətində problem yaranıb.

Bir neçə ildir onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşib.

Yenixeber.org:  Aparıcı səhhəti ilə bağlı  açıqlama verib.  

“Səhhətimdə yaranan problemə görə bir gün telefonuma baxa bilmədim. Vəziyyətim yaxşılaşanda gördüm ki, tanıyan-tanımayan hər kəs narahat olub. Hələ də zəngləri, mesajları cavablayıram. Gördüm ki, məni nə qədər sevən insan varmış. Yaranan fürsətdən istifadə edib demək istəyirəm ki, narahat olmasınlar. İndi özümü yaxşı hiss edirəm. Hazırda rayondayam. İstirahət edirəm. Ata-anamın kəndində, qohumlarımın əhatəsində özümü yaxşı hiss edirəm. Mesaj yazan, halımı soruşan, narahat olan hər kəsə təşəkkür edirəm! Hamınızı sevirəm”.

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının peşəkar aparıcılarından biri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam