Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ukrayna müdafiə naziri:Kasetli sursatlardan istifadə olunmayacaq

 

Ukrayna müdafiə naziri Oliksiy Reznikov ABŞ-nin göndərəcəyi kasetli sursatların Rusiyanın beynəlxalq səviyyədə tanınmış ərazisinə zərbələr endirmək üçün istifadə edilməyəcəyinə söz verib.

Yenixeber.org:  O, həmçinin həmin silahların yalnız Rusiya hərbçilərinin cəmləşdiyi ərazilərdə, düşmənin müdafiə xəttinin yarılması üçün tətbiq ediləcəyini söyləyib:

“Bu silahlardan istifadə faktları ilə bağlı ciddi qeydiyyat aparılacaq. Ukrayna partnyorlarını kaset sursatlarının istifadəsi, o cümlədən onların effektivliyi barədə məlumatlandıracaq”.

A. Reznikov qeyd edib ki, ABŞ-ın yeni hərbi yardım paketinə daxil olan silahlar, o cümlədən kasetli sursatlar Ukrayna Silahlı Qüvvələrinə ərazilərini işğaldan azad etməyə kömək edəcək:

“Kiyev uzun müddətdir ki, Qərbdən kasetli sursatlar istəyir. Onların istifadəsi Ukraynanın ratifikasiya etdiyi beynəlxalq sənədlərin heç birini pozmur. Üstəlik, Rusiya işğalın ilk günündən bu cür sursatlardan fəal şəkildə istifadə edir. Biz müvəqqəti olaraq işğal olunmuş ərazilərimizi azad edib, xalqımızın həyatını xilas etməliyik. Bunun üçün qarşı tərəfə zərbə vurmalıyıq, ərazilərimizi işğal edən düşmənə zərbə vurmalıyıq. Düşmənə nə qədər çox itki versək, bizim üçün o qədər yaxşıdır”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden dünən, iyulun 7-də Ukraynaya kasetli sursatların göndəriləcətini təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam