Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam" -Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb.
Yenixeber.org: Cümə günü Ayova ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə Tramp deyib: “Bu vədi verə biləcək yeganə namizəd mənəm. Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam. Biz artıq üçüncü dünya müharibəsinə doğru gedirik”.
Donald Tramp, həmçinin bir daha bəyan edib ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukraynadakı müharibəyə 24 saat ərzində son qoyacaq. "Hər kəs maraqlanır ki, mən bunu edə bilərəmmi. Təbii ki, bacararam”, - o deyib.
Qeyd edək ki, Donald Tramp ictimai çıxışlarında dəfələrlə 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynadakı vəziyyəti bir gündə həll edə biləcəyini bildirib. Lakin sülhə necə nail olacağına dair fikirlərini açıqlamayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam