Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ukraynada ölən mülki şəxslərin yeni statistikası

2022-ci il fevralın 24-dən 2023-cü il iyunun 30-dək Ukraynada 9177 dinc sakin həlak olub, 15993 nəfər yaralanıb.

Yenixeber.org:  Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb. 

Statistikaya əsasən, müharibə zamanı 1630 uşaq qurbanı qeydə alınıb. Belə ki, 535 nəfər ölüb, 1095 nəfər yaralanıb. Uşaqlar arasında ölənlərin sayının 57,2 faizini oğlanlar, 42,8 faizini isə qızlar təşkil edib. Ümumiyyətlə, həlak olan dinc sakinlərin 61 faizi kişi, 39 faizi qadın olub. 

BMT Krım və Sevastopolda azı 6 ölü və 16 yaralı, həmçinin Rusiyanın digər sərhəd bölgələrində 58 ölü və 229 yaralı qeydə aldığını açıqlayıb. 

Bildirilib ki, mülki əhali arasında itkilərin faktiki sayı daha çox ola bilər, çünki fərdi itkilər barədə bir çox məlumat hələ də təsdiqlənməyi gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam