Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ukrayna ilə Türkiyə arasında Anlaşma Memorandumu imzalanıb

Ukrayna ilə Türkiyə arasında strateji sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb.

Yenixeber.org:  Bu barədə  Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat xidmətinə istinadən xəbər verir.

Memorandumu Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin, o cümlədən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır imzalayıblar.

Əməkdaşlığın əsas istiqamətləri arasında, avtonom nəqliyyat vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı üçün imkanların inkişafı, müxtəlif tipli PUA-ların istehsalının artırılması, iki ölkənin strateji sənayelərinin avtonom sistemləri, kosmik və digər texnoloji sektorları sahəsində tədqiqat və inkişaf, eyni zamanda strateji sənaye sahələrinin tərəqqisi üçün zəruri olan digər texniki əməkdaşlıq var.

Bildirilib ki, memorandum dövlətlər arasında tərəfdaşlığın möhkəmlənməsinə, böyük strateji əhəmiyyət kəsb edən texnologiyaların və sənaye sahələrinin inkişafına kömək edəcək. Sənəd Ukrayna və Türkiyə Prezidentlərinin iştirakı ilə imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam