Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Natəvan Məmmədova yenidən baş katib təyin edildi

2013-2015-ci illərdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş Katibi olmuş Natəvan Məmmədova yenidən eyni vəzifəyə təyin edilib. 

Yenixeber.org: Məlumata görə, Konfederasiyanın prezidenti Məmməd Musayev N.Məmmədovanı kollektivə təqdim edib. O, yeni təyinat münasibəti ilə Baş Katibi təbrik edib, ölkə iqtisadiyyatının, dövlət-özəl sektor dialoqunun, özəl sektorun inkişafı üçün yeni çağırışların həyata keçirilməsində Konfederasiyanın qarşısında duran vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə kollektivə uğurlar arzulayıb. N.Məmmədova ona göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib. 

Xatırladaq ki, N.Məmmədova 2015-2023-cü illərdə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") icraçı direktoru, paralel olaraq isə 2020-2023-cü illərdə ABŞ-ın "McKinsey&Company” şirkətində koordinator işləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam