Xovayev Qafqaza gəlir
Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev regiona səfər edəcək.
Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlayıb.
"Bu, nizamlanma çərçivəsində tərəflərin yanaşmalarını yaxınlaşdıran tədbirlərdən biridir. Diplomat, həmçinin Vaşinqton danışıqlarında Ermənistan-Azərbaycan prosesində irəliləyişi alqışlayıb", - o qeyd edib.