Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Şəhid qardaşlar” kitabının təqdimatı oldu -FOTOLAR

5 iyul 2023-cü il tarixdə saat 15:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında Şəmkir rayonunun Yeniabad kəndində doğulmuş, əslən Dərələyəz mahalınını Ələyəz kəndindən olan Cavid və Çingiz Məmmədov qardaşlarının həyatı, keçdiyi döyüş yolundan bəhs edən “Şəhid qardaşlar” kitabının təqdimat mərasimi keçirildi.

Yenixeber.org:  Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində şücaət göstərmiş şəxslərin cəsarətindən, Vətən sevgisindən, ümumilikdə, əsl vətəndaş ola bilmələrindən geniş bəhs etdilər, “Şəhid qardaşlar” kitabının mahiyyətindən, kitabın əsas obrazları olan şəmkirli igidlər – Cavid və Çingiz Məmmədovların şərəfli həyat və döyüş yolundan danışdılar.
Tədbirin sonunda Vətən müharibəsi qəhrəmanlarının fədakarlığını əks etdirən film nümayiş olundu.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam