Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

NATO-nun ekspert heyəti Bakıda -FOTO

2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıya səfər edən NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Milli Müdafiə Universitetini ziyarət edib. 

Yenixeber.org: Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat yayılıb. 

Qonaqları salamlayan Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan-NATO əlaqələrinin bundan sonra da hər iki tərəf üçün faydalı olacağına və səmərəli görüşlərin davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib. 

General-mayor S.Fiks isə öz növbəsində səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Azərbaycan Ordusunda aparılan islahatların xüsusilə hərbi təhsil sahəsində öz nəticəsini göstərdiyini qeyd edib.

Alyansın ekspert qrupuna universitetin tarixi, strukturu, eləcə də əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Sonra qonaqlar N hərbi hissəsini ziyarət edib. Nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb. 

Qonaqlara NATO proqramları çərçivəsində hərbi hissənin iştirak etdiyi beynəlxalq əməliyyatlara və təlimlərə dair brifinq təqdim olunub. 

Hərbi hissənin iclas zalında keçirilən görüşdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov cari il ərzində həyata keçirilmiş və qarşıda duran fəaliyyətlər planı haqqında qonaqları məlumatlandırıb. 

Sonda cari il üçün planlaşdırılan tədbirlər təhlil edilib və yeni əməkdaşlıq sahələri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam