Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Bu həftə Brüsseldə növbəti iclas olacaq

İyulun 6-sı Brüsseldə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Üçtərəfli Mexanizmin Daimi Komitə iclasının növbəti görüşü keçiriləcək.

Yenixeber.org:  Bu barədə Türkiyə xarici içlər naziri Hakan Fidan İordaniya xarici işlər naziri Ayman Safadi ilə Ankarada birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Ankara bu prosesin prinsiplər əsasında davam edilməsinin tərəfdarıdır.

XİN rəhbəri həmçinin, Türkiyənin Qurban bayramının ilk günündə İsveçdə Qurani-Kərimin yandırılmasını sərt şəkildə qınadığını deyib.

“İsveçin NATO-ya üzvlüyünün müzakirə olunduğu bir vaxtda bu ölkənin təhlükəsizlik strukturlarının təxribatın qarşısını almaması bizi təhlükəsizlik baxımından düşündürür. Bu məsələlərdən sonra İsveçin NATO-ya güc qatacağı və ya yük olacağı sualı yaranır. Terrorla mübarizə məsələsində İsveç bir sıra qərar qəbul edib və biz bunun həyata keçirilməsini görə bilərik”, - Hakan Fidan vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam