Tacikistan Azərbaycana yeni səfir təyin edib
Abdurahmon İlhom Barotzoda Tacikistanın Azərbaycanda yeni səfiri təyin edilib.
Yenixeber.org: Tacikistan Prezidenti Emoməli Rəhmon bu barədə sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rustam Soli təqaüdə çıxması ilə əlaqədar Tacikistanın Azərbaycandakı səfiri vəzifəsindən geri çağırılıb.