Kiyev əks-hücumun sonuna qədər “F-16” almayacaq
Əks-hücum tamamlanana qədər Ukrayna “F-16” qırıcılarını almayacaq. Cəbhə xəttində mövcud vəziyyətlə əlaqədar yaxın vaxtlarda bu barədə qərar qəbul edilməyəcək.
Yenixeber.org: Bu haqda NATO hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
Onun sözlərinə görə, ukraynalı pilotların, texniki mütəxəssislərin hazırlanması və təyyarələr üçün logistikanın təmin edilməsi əks-hücum bitənə qədər mümkün deyil.
"Üç müdafiə xətti, geniş minalanmış sahələr Ukrayna hərbçilərinin cəbhə xəttində irəliləməsini çətinləşdirir", - admiral etiraf edib.