Şoyqu Kremlə çağırıldı
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Kremlə çağırılıb.
Yenixeber.org: Bu barədə TASS agentliyi məlumat yayıb.
Hazırda onun Kremldə olduğu bildirilir. Şoyqunun Kremlə çağırılmasının səbəbi rəsmi şəkildə açıqlanmayıb.
Qeyd edək ki, Rusiyada "Vaqner"in qiyama cəhdindən sonra Sergey Şoyqunun vəzifəsindən azad olunacağı barədə məlumatlar yayılıb.