Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xətainin icra başçısı prezidentə belə yalan danışır- FOTOLAR

 

Prezident İlham Əliyevin Xətai rayonu, Əhmədli qəsəbəsindəki 5 saylı texniki-peşə liseyinin açılışında iştirak edəcəyi gözlənilir.

"Xeberinfo.com":   Məlumata görə, yerli icra hakimiyyəti orqanları dövlət başçısının gəlişi ərəfəsində qəsəbədə müəyyən abadlıq işləri görüblər.

Lakin liseyin yaxınlığındakı ərazilərin abadlaşdırılması zamanı kuryozlar da olub. Bu da ondan ibarətdir ki, həmin ərazinin yalnız məhdud bir hissəsi abadlaşdırılıb. Məmurlar yalnız prezidentin gözünə dəyə biləcək ərazilərdə asfaltlama, rəngləmə və təmir işləri aparıblar, qalan yerlər isə əvvəlki kimi bərbad durumda qalıb.

Prezidentin keçib gedəcəyi ərazidən 20 metr o tərəfdə isə asfaltlanmış yol qurtarır. Elə rənglənib ağardılmış hasar da, yaşıllıq zolağı da. Və adi Əhmədli başlayır.

Bu mənzərəni təqdim etdiyimiz fotolardan da aydın görmək olar.

Virtualaz.org

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam