Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident yeni təmir olunan yolun açılışını etdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. 

"Xeberinfo.com":  Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində ümumilikdə 300 min kvadratmetrə yaxın sahəyə asfalt döşənib, yol işarələri ikikomponentli yüksək keyfiyyətli boyalarla rənglənib. Pişəvəri küçəsi iki istiqamətli və dördzolaqlı olmaqla genişləndirilərək əsaslı şəkildə yenidən qurulub. Küçə boyu səkilər tamamilə yenilənib, ən müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heydər məscidinə gedən küçələrin hamısında abadlıq və yenidənqurma işləri həyata keçirilib.

Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Pişəvəri küçəsinin yenidənqurmadan sonra açılışını bildirən lenti kəsib.

Dövlət başçısı Cavadxan və Hüseyn Seyidzadə küçələrində və bu küçələrin kəsişdiyi ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən sonrakı vəziyyətlə də tanış oldub.

Bu küçələrə də yeni asfalt örtüyü döşənib, səkilər və buradakı yol ötürücüsü yenidən qurulub, ətraf abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, müxtəlif ağac və gül kolları əkilib. Əsaslı şəkildə yenidən qurulmuş bu küçələrin hamısında yeraltı kommunikasiyalar və su xətləri dəyişdirilib, yeni işıqlandırma sistemi qurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam