Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Borrell:Rusiya qazını sata bilmir

 Rusiya öz təbii qazını sata bilmir.

Yenixeber.org:  Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ABŞ-ın German Marşal Fondu tərəfindən təşkil olunan iqlim və təhlükəsizliklə bağlı müzakirədə deyib.

“Rusiya qazını bizə sata bilmir və onların qazını alacaq başqa heç kim yoxdur. Onlar sadəcə bu qazı yandırır. Peyk şəkilləri göstərir ki, qaz çıxarılır və sadəcə yandırılır. Bu da böyük miqdarda metan qazının havaya buraxılmasıdır. Yəni bizim almadığımız qazı sadəcə yandırırlar, çünki Rusiyanın alternativ müştərisi yoxdur”, - o qeyd edib.

Borrell əlavə edib ki, müharibə iqlim dəyişikliyi ilə mübarizə üçün pis xəbərdir: “Bu gün biz Rusiya ilə iqlim dəyişikliyi barəsində danışa bilmirik, çünki indi onların prioriteti başqadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam