Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pentaqon Şoyquya cavab verib:"Ukrayna Krımın azad olunması üçün hər şey edə bilər"

“Krım Ukrayna ərazisidir. Ukrayna yarımadanın azad olunması üçün hər şey edə bilər”.

Yenixeber.org:  Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Sabrina Sinq deyib.

Onun sözlərinə görə, ukraynalılar rusları daha da geri itələmək üçün əllərindən gələni edirlər: “Biz isə Ukraynanın suveren ərazilərini geri almaq səylərini dəstəkləyirik”.

Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, ABŞ Rusiyanı məğlub etmək üçün lazım olan müddət ərzində Ukraynanı dəstəkləyəcək.

Ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu demişdi ki, Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırır. Onun sözlərinə görə, bu, ABŞ və Böyük Britaniyanın birbaşa olaraq müharibəyə qoşulması deməkdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam