Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

AŞPA-nın yay sessiyası başladı

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyası öz işinə başlayıb. 

Yenixeber.org:  Sessiya çərçivəsində Rusiyanın Ukraynaya təcavüzü, miqrasiya, Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlarla bağlı məsələlərin müzakirəsi planlaşdırılır. 

Sessiya çərçivəsində Laçın yolunda mövcud vəziyyətlə bağlı müzakirələrin aparılacağı da gözlənilir. 

Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Milli Məclisin deputatları - AŞPA-da nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Strasburqa gediblər. 

AŞPA-nın sessiyası iyunun 23-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam