Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Xarici diplomatlar Şuşada səfərdədilər

“Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2023” adlı beynəlxalq təlimin iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

Yenixeber.org: Səfər zamanı xarici iştirakçılar işğaldan azad edilmiş ərazilərdə 30 ilə yaxın işğal dövrünün dağıdıcı nəticələri və Azərbaycanın zəngin mədəni-tarixi irsinə vurulmuş ziyanla tanış olublar. Gövhərağa məscidini və güllələnmiş heykəlləri ziyarət edən qonaqlar daha sonra Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Xurşidbanu Natəvanın evi və Qala divarlarını ziyarət edən əcnəbi diplomatlara Şuşa şəhərinin tarixi, regiondakı ictimai-siyasi əhəmiyyəti və qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, tarix boyu alınmazlıq simvolu olan qala işğal dövründə dağıntılara məruz qalıb və Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb. 

Sonda Cıdır düzündə olan xarici qonaqlar aparılan geniş-miqyaslı yenidənqurma və bərpa işlərinin, o cümlədən 30 il ərzində dağıdılmış şəhərin yenidən qurulmasının əhəmiyyətini vurğulayıblar. 

Xatırladaq ki, proqram beynəlxalq səviyyədə insan kapitalının inkişafı və əməkdaşlığın gücləndirilməsi məqsədi ilə təşkil edilmişdir. İki həftə davam edəcək proqramda iştirakçılar üçün Xarici İşlər Nazirliyini təmsil edən peşəkar diplomatlar, ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, ANAMA, Qarabağ Dirçəliş Fondu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Azərbaycan Turizm Bürosu kimi qurumların nümayəndələri tərəfindən təqdimat və mühazirələr təşkil olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam