Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub -FOTOLAR

 Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də rəsmi qarşılanma mərasimi olub.

Yenixeber.org: Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.

Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Pakistanın Baş nazirinə, Pakistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam