Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

İlham Əliyev Misir Prezidentini qarşıladı -FOTO

İlham Əliyev Misir Prezidentini qarşıladı

Azərbaycana səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.

Yenixeber.org: Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verib.

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam