Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Avtomobildən ayağı bayıra çıxarmağa cərimə düşür? -VİDEO

Avtomobildən ayağı bayıra çıxarmağa cərimə düşür?    - VİDEO
Magistral yolda minik avtomobilində olan sərnişin təhlükəli hərəkət edib.
Yenixeber.org: Qayda pozuntusu Salyan-Bakı yolunda qeydə alınıb.
Təhlükəli vəziyyəti görən sürücülərdən biri həmin anı lentə alıb.
Sürücünün sözlərinə görə, Salyan rayonu ərazisində olan stasionar postdan sonra qarşısında hərəkət edən minik avtomobilindəki sərnişin ayağını çölə çıxarıb.
Kadrları izləyən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyir ki, bu, kobud qayda pozuntusudur.
Həmin vaxt avtomobilin yaxınlığından digər bir nəqliyyat vasitəsi sürətlə keçərdisə bu sərnişinin həyatı üçün təhlükə yarada bilərdi.
Şöbə rəisi onu da bildirdi ki, sosial şəbəkələrdə və internet portallarında yayılan bu cür videolar dərhal nəzarətə götürülür və sürücü tez bir zamanda aşkar edilir.
Qeyd edək ki, belə faktlara görə, sürücüyə sərnişindaşıma qaydasını pozduğu üçün 40 manat, sərnişinə isə təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Daha ətraflı Xəzərxəbərin süjetində:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam