Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Türkiyə SDİ-nin rəhbəri:“Yeni yüz ildə Türkiyənin Azərbaycanla əlaqələri daha üstün səviyyədə olacaq”

 “Yeni yüz ildə Türkiyənin Azərbaycanla əlaqələri bu gün çatdığı səviyyədən daha üstün olacaq”.

Yenixeber.org: Bunu Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.

O qeyd edib ki, Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi Azərbaycanın həm ölkə, həm də Qafqaz regionu üçün əhəmiyyətini bilən şəxslərdir:

“Ərdoğanın Azərbaycana olan hörməti, sevgisi, İlham Əliyevlə qardaşlığı hamımıza məlumdur. Təkcə bu fakt iki ölkəni “Əkiz qardaş” və bir millət etmək üçün kifayətdir. Azərbaycan son nailiyyətləri ilə həm öz regionunda, həm də bütün dünyada seçilir. Azərbaycan və Türkiyə münasibətlərinin yaratdığı assosiasiya isə ölkələrimizin gücünü qat-qat artırır və türk dünyasını birləşdirir. Türk Dövlətləri Təşkilatı getdikcə daha çox institusionallaşır. Azərbaycanın da bu təşkilatdakı mövqeyi çox önəmlidir. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq çox şaxəli və strateji xarakter daşıyır. Ərdoğanın ilk xarici səfərini etdiyi ölkənin Azərbaycanın olması bunu ən yüksək səviyyədə təsdiqləyən və Türkiyənin Azərbaycana verdiyi önəmi göstərən gözəl nümunədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam