Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkədə evlənənlərin sayı rekord həddə düşüb -SƏBƏB

Çində 2022-ci ildə təxminən 6,8 milyon nikah qeydə alınıb ki, bu da ölkədə belə statistikanın aparılmağa başladığı 1986-cı ildən bəri minimum göstəricidir.

Yenixeber.org: Çinin Mülki İdarəetmə Nazirliyinə istinadən yayılan məlumata görə, təkcə son bir ildə ailə quranların sayı 803 min azalıb.

Həmçinin, ölkədə evlilik yaşı da artmaqda davam edir. Hazırda Çində insanların çoxu 27 yaşdan yuxarı ailə həyatı qurur.

Ekspertlərin sözlərinə görə, gənclərin evliliyə baxışları dəyişib. Onların bir çoxu artıq ailənin yaradılmasını və uşağın doğulmasını həyatda məcburi hadisələr kimi qəbul etmir. Bundan başqa, real həyatda evliliyin bahalaşması da gənclərin seçiminə təsir edir.

Xatırladaq ki, Çində maksimum nikah sayı 2013-cü ildə qeydə alınıb. O zaman 13,4 milyon cütlük nikah bağlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam