Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ukrayna Baxmut yaxınlığındakı kəndi azad etdi -Priqojin təsdiqlədi

Ukrayna ordusu ölkənin şərqindəki Baxmut şəhərinin şimalında yerləşən Berxivka kəndinin bir hissəsini işğaldan azad edib. 

Yenixeber.org:  bunu Rusiyanın "Vaqner" muzdlularının sahibi Yevgeni Priqojin bildirib. 

"Berxivkanın bir hissəsi artıq itirilib, qoşunlar sakitcə qaçır. Biabırçılıqdır!", - Priqojin deyib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu qoşunları toparlamaq üçün cəbhəyə gəlməyə çağırıb. 

Rusiyanın Donetskə təyin etdiyi Denis Puşilin dövlət televiziyasına bildirib ki, şəhərin cinahlarında hər şey “nəzarət altındadır”, lakin vəziyyət "çox çətindir". 

Qeyd edək ki, Priqojin bundan əvvəl Berxivka da daxil olmaqla Baxmutun ələ keçirildiyini açıqlayıb. Bir neçə gün sonra şəhər Rusiyanın nizami qoşunlarına təhvil verilib və "Vaqner" bölgəni tərk edib. Kənd Baxmutdan təxminən 3 km şimal-qərbdə yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam