Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prezident Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib-FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.

Yenixeber.org: Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğulayıb.

Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd edib, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirib. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını deyib.

Dövlət başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu deyib və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Azərbaycan Prezidenti eyni zamanda gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd edib. Dövlət başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğulayıb və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini deyib. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Səfir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək Müstəqilik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib.

Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirib. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd edib.

Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam