Redaktor seçimi
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti -
Qoşqar Təhməzlinin məktubu “Dumanlı Albiona”ya bənzədildi:  Bu hadisənin səbəbkarlarından birincisi Sizsiniz! -
Sabirabaddakı  “OMEQA” Klinikası ilə Qazaxın icra başçısını nə bağlayır?-
Abdin Fərzəliyev Qarabağ qazisini ölkə xarici edir... -
Qoşqar Təhməzli, daha nə olmalıdır ki, Sizdən "səs çıxsın" –
Üç naziri yola salan səhiyyə sistemimizin dəyişilməyən təchizatçısı – “ARAŞ”-ın qüdrətinin sirri -
Göyçayın icra başçısı troll dəstəsi saxlayır?! -
Bakıda məmurlar estoniyalı iş adamlarının başına necə oyun açdılar... -
Günün xəbəri

KİV:Rusiya gələn ay yüzlərlə alman diplomatını və müəllimini ölkədən çıxaracaq

Rusiya gələn ay alman diplomatlarını, müəllimlərini və mədəniyyət işçilərini ölkədən çıxarmağı planlaşdırır.

Yenixeber.org: Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın qərarını tənqid edərək, bunu "birtərəfli, əsassız və anlaşılmaz" adlandırıb.
Almaniyanın "Sueddeutsche Zeitung" xəbər agentliyinin məlumatına görə, bu qərar bir neçə yüz alman dövlət işçisinə, o cümlədən alman mədəniyyətini və dilini xaricdə təbliğ edən Höte İnstitutunun müəllimləri və işçilərinə şamil olunacaq.
"Rusiya Xarici İşlər Nazirliyi aprel ayında xaricdəki nümayəndəliklərimizdə və Rusiyadakı alman vasitəçi təşkilatlarında işçilərin sayına məhdudiyyət tətbiq etmək qərarını açıqlamışdı", - Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Sözçü əlavə edib ki, bu qərar Rusiyada çalışan almanların sayında "böyük bir azalmaya səbəb olacaq".
Almaniya Rusiyanın gələn həftə reallaşdıracaq bu qərarına qarşı konkret cavab açıqlamayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam