Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya və Ukrayna bir-birini suçladılar -SƏBƏB

Müharibənin 56 günü: Rusiya və Ukraynanın İTKİLƏRİ
Rusiya və Ukrayna bir-birini Zaporojye atom elektrik stansiyasında (ZAES) təxribatlar hazırlamaqda suçlayıblar.

Yenixeber.org: Bu barədə bəyanatlar iki ölkənin KİV-ində yayılıb.

Belə ki, Ukrayna versiyası ondan ibarətdir ki, Rusiya qoşunları “yaxın bir neçə saatda” ZAES ərazisinə birbaşa zərbə endirməyə hazırlaşırlar, bundan sonra radioaktiv maddələrin sızması və qəzaya görə Ukraynanı suçlayacaqlar. Bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Bakı vaxtı ilə saat 22:36-da 

məlumat yayıb.

Ukrayna hərbi kəşfiyyatı iddia edir ki, rusiyalılar öz əməllərini gizlətmək üçün AEBA-nın daimi monitorinq missiyasının heyətinin rotasiyasını pozublar.

BKİ-nin iddiasına görə, bu təxribatın məqsədi beynəlxalq ictimaiyyətin iştirakı ilə “ətraflı araşdırmalara” başlamaqdır. Belə ki, bu araşdırma zamanı hərbi əməliyyatların dayandırılacağı və Rusiya komandanlığının Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna daha yaxşı hazırlaşmaq üçün yenidən qruplaşmaya fasilə veriləcəyi güman edilir.

Saat yarımdan sonra Zaporojye vilayətinin ilhaq edilmiş hissəsində Rusiyanın nəzarətində olan hakimiyyət orqanlarının nümayəndəsi Vladimir Roqov BKİ-nin məlumatını şərh edib.

“Ukrayna bu zərbəni məhz bizi əvvəlcədən suçlamaq üçün elan edir – bütün bunlar açıq-aydındır ki, həmçinin AEBA müfəttişlərinin artıq olmaması üçün lazımdır”, – 

TASS Roqovun fikirlərini nəql edib.

Roqov hesab edir ki, “əgər Kiyev indi bu mövzuya diqqət çəkirsə, deməli, o, həqiqətən nəsə hazırlayıb”. Roqov xüsusilə uzaqmənzilli “Storm Shadow” raketləri ilə vurulacağından çəkindiyini dilə gətirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam