Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Vurulan PUA AES-in damına düşüb

Vurulan PUA AES-in damına düşüb
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının(ZAES) ərazisinə hücumlar təşkil etmək üçün Pilotsuz Uçuş Aparatından(PUA) istifadə edib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat yayıb.

Onun sözlərinə görə, hücum PUA-sı atıcı silahlarla vurulub. Bu, PUA 1 saylı xüsusi korpusun binasına yaxınlaşarkən baş verib. Həmin binada ABŞ istehsalı olan nüvə yanacağı, eləcə də bərk radioaktiv tullantılar saxlanılır. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, vurulan pilotsuz təyyarə 1 saylı binanın damına düşüb, ciddi dağıntıların və itkilərin qarşısı alınıb.

Qeyd edək ki, ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, bloklarının sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasılarından biri sayılır. Moskva martın 4-dən ZAES-ə nəzarət edir. Rusiya hərbçiləri AES-in "peyk şəhəri" kimi tanınan Enerqodarı da zəbt ediblər.
Son zamanlar isə ZAES-in ərazisi bir neçə dəfə atəşə tutulub. Hətta bir sıra obyektlərə ziyan da dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən məlum problemin, ümumilikdə münaqişənin həllində kömək istəyib.
Rusiya isə bu günlərdə Kiyevin ZAES-də böyük fəlakətə səbəb olacaq partlayışlar törətməyə hazırlaşdığını iddia etmişdi.

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi Rusiyanı öz qoşunlarını və şəxsi heyətini ZAES-dən dərhal çıxarmağa çağırıb. Həm Ukrayna, həm də Rusiya Federasiyası eyni vaxtda razııq əldə edərlərsə, BMT MAQATE missiyasının atom elektrik stansiyasına səfərini dəstəkləməyə hazırdır.

Bir neçə gün öncə isə Fransa prezidenti Emmanuel Makron bəyan etdi ki, Fransa ilə MAQATE Rusiya və Ukraynadan agentliyə Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) xüsusi missiya göndərmək üçün təhlükəsizlik zəmanəti alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam