Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sakinlər Əziz Əzizovu yerində tapa bilmir

Suraxanı rayon icra başçısı Əziz Əzizovun vaxtaşırı işə çıxmadığı bildirilir.

Yenixeber.org: Bu barədə redaksiyamıza rayon sakinləri məlumat veriblər.

Onlar deyirlər ki, dəfələrlə icra başçısının qəbuluna getsələr də, onları müavin və ya köməkçi dinləyir, icra başçısı ilə görüşə bilmirlər.

“Hər dəfə deyirlər ki, icra başçısı tədbirdədir, əraziyə gedib, gözləyin, gələcək. Gözləyirik, başçı gəlib işə dəyir və tez də çıxıb gedir. Biz bu adamı yerində tapa bilmirik”, – sakinlər belə deyirlər.

Onların sözlərinə görə, Surxanı Bakının ən az inkişaf etmiş rayonlarındandır. Burada sosial problemlər – su, qaz və digər sosial ehtiyaclar hər zaman yaşanır.

Sakinərin müraciətindən sonra Surxanı Rayon İcra Hakimiyyəti başçısı ilə əlaqə saxlamağa çalışsaq da, onun heç bir əlaqə vasitəsinə rast gəlmədik. Hətta məlum oldu ki, qurumun rəsmi saytında da Əzizovun hər hansı bir əlaqə vasitəsi yoxdur, nə telefonu, nə də emaili qeyd olunub. Maraqlı odur ki, icra başçısının iş nömrəsi də yoxdur.

Sakinlər isə iddia edirlər ki, bu, orta əsrlərin qaydalarıdır.

İcr başçısının köməkçisi Nazim Fətullayevin iş nömrəsinə (452-21-23) də zəng etsək, telfonlara cavab verilmədi.

Bundan başqa, ictimai-siyasi və humanitar məsələlər şöbənin də telefonları daxili nömrəyə yönətsə də, zənglərə cavab verilmədi.( “Arqument.az”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam