Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ararat Mirzoyan:"Azərbaycan və Ermənistan sülh müqaviləsinin iki maddəsini razılaşdırıb"

Rəsmi Bakı və İrəvan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsinin iki maddəsini razılaşdırıb.

Yenixeber.org:  Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, digər maddələr ətrafında səmimi danışıqlar olub: “Biz qalan maddələr haqqında səmimi danışa bildik. Danışıqlar zamanı tərəflərin bir-birini daha yaxşı başa düşdüklərini də qeyd etmək istərdim”.

A.Mirzoyan əlavə edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.

Nazir bildirib ki, dövlət sərhədinin delimitasiyası məsələsində müəyyənlik Ermənistan üçün vacibdir. Onun sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsində Bakı və İrəvanın mövqeləri yaxındır.

Qeyd edək ki, mayın 14-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam