Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı

Mayın 19-da Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməai barədə vəkillərin vəsatətini təmin etməyib.

Yenixeber.org: Bu barədə vəkil Rövşanə Rəhimli məlumat yayıb.

O məhkəmənin qəraından apellyasiya şikayəti veriləcəyini bildirib.

Vəkilin sözlərinə görə, Hacıyev məhkəmədə iştirak edib.

“Bəxtiyar Hacıyevin psixologi durumu çox gərgindir. Onda panik ataklar yaranıb. Bununla bağlı dərman terapiyasına başlamasına baxmayaraq hələ effekt vermir. Vəziyyəti gərgin olaraq qalır”, vəkil qeyd edib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclıq aksiyasını dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə  qərarlar qəbul edib və həbs müddətini iyunun 28-dək uzadıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam