Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sinan Oğanla danışıq aparılır? -AÇIQLAMA

post

“Sinan Oğanın 5 faizlik səsinin hara gedəcəyi ilə bağlı müzakirələr davam edir. Bu 5,17-lik kütlənin bütövlükdə bu tərəfə, yoxsa o tərəfə gedəcəyini söyləmək tələsik bir reaksiya olar.Yəqin ki kütlə olaraq öz qiymətlərini verəcəklər. Təbii ki Sinan bəy qiymətləndirmələr aparacaqlarını söylədi. Bu, təbiidir”. 

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

İ. Kalının sözlərinə görə, “Ata İttifaqı”nın namizədi Sinan Oğanın səsləndirdiyi tezisləri nəzərdən keçirdikdə, onun mövqeyinin “Cümhur İttifaqı”na daha yaxın olduğu aydın olur: “Sinan Oğan deyib ki, terrordan uzaqlıq onun üçün prioritetdir. Cənab Sinanın söylədiyi tezisləri nəzərə alsaq, onun mövqeyinin “Cümhur İttifaqı”na daha yaxın olduğunu deyə bilərəm. Mən onu uzun zamandır tanıyıram. Bütün bu məsələləri nəzərə alsaq, ikinci turun bizim üçün daha asan olacağını düşünürük. Amma yenə də arxayınlaşmadan işimizə davam edəcəyik”.

Prezidentin sözçüsü siyasətçi ilə hər hansı bir danışığın aparılıb-aparılmaması məsələsinə də aydınlıq gətirib: “Oğan bəylə danışıq olmayıb. İkinci tur bizim üçün daha asan olacaq. Səs fərqi çox açıq şəkildə ortadadır. Səs fərqinin bağlanacağını düşünmürəm. 5 faizlik və 2,5 milyonluq səs fərqi var. Biz öz səslərimizi qoruduğumuz üçün ikinci turda ona yeniləri əlavə olunacaq”.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam