Redaktor seçimi
Günün xəbəri

"Putinlə danışacaq heç nəyim yoxdur"-"Bizə ədalətli dünya lazımdır”

Putinlə danışacaq heç nəyim yoxdur - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin sülh danışıqlarında vasitəçilərə deyil, ədalətli sülhə ehtiyacı olduğunu deyib.

Yenixeber.org: Bu barədə o, İtaliyanın "Rai1" telekanalına Vatikanın Rusiya ilə müharibənin sülh yolu ilə həlli ilə bağlı təşəbbüslərini şərh edərkən bildirib.

“Bizim vasitəçilərə ehtiyacımız yoxdur, bizə ədalətli dünya lazımdır”, - o qeyd edib.

Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü də şərh edib. Zelenski qeyd edib ki,  onun Putinlə “danışacaq heç nəyi yoxdur”.

Xatırladaq ki, mayın 13-də Zelenski Romaya səfər edib. O, İtaliyanın Baş naziri Georgi Meloni və İtaliya Prezidenti Sercio Mattarella, həmçinin Roma Papası Fransisklə görüşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam