Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Türkiyə KİV:“İncənin prezidentlik yarışından çəkilməsi Kılıçdaroğluna kömək etməyəcək”

Məhərrəm İncənin prezidentliyə namizədliyini geri götürməsi müxalifətin vahid namizədi Kamal Kılıçdaroğluna kömək etməyəcək. Sorğular göstərir ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan birinci turda qalib gələcək.

Yenixeber.org:  Bu barədə "Hürriyyət" qəzeti yazıb.

Bildirilib ki, etibarlı şirkətlərin apardığı sorğulara görə, Kılıçdaroğlu 47 faizdən çox səs toplaya bilməyəcək. Məhərrəm İncənin namizədliyini geri götürməsi də Kılıçdaroğluna kömək etməyəcək. Seçkilər ilk turda başa çatacaq, Ərdoğan 50 faizdən bir qədər çox səslə qalib gələcək.

Qeyd edək ki, Məmləkət Partiyasının lideri Məhərrəm İncənin namizədliyini geri götürməsindən sonra Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq namizədlərin sayı 3-ə düşüb.

Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident seçkiləri ilə yanaşı, parlament seçkiləri də keçiriləcək. Namizədlərdən heç biri 50 faizlik həddi keçməzsə, mayın 28-də prezident seçkilərinin ikinci turu baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam