Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kosmik obyektlər dövlət qeydiyyatına necə alınacaq? -QANUN

Kosmik obyektlərin dövlət qeydiyyatına alınması qaydası müəyyənləşib. 

Yenixeber.org:Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsində qeyd olunub. 

Qanun layihəsinə görə, Kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Reyestrdə qeydiyyata alınmalıdır. 

Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Eyni zamanda kosmik fəzada olan kosmik obyektin bu Qanunun tələblərinə əməl etməklə özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız hala düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir. 

- Azərbaycan Respublikasının ərazisində aşkar edilmiş kosmik obyekt üzərində mülkiyyət hüququ Müqaviləyə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun müəyyən edilir. 

- Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair məlumatlar milli kosmik operator tərəfindən Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam