Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlin sonuna kimi... -Kissincerdən Ukrayna ilə bağlı PROQNOZ

Çinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli təşəbbüsü 2023-cü ilin sonunadək danışıqlar prosesinin başlanmasına səbəb olacaq.  

Yenixeber.org: Bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 illik yubileyi ərəfəsində CBS telekanalına müsahibəsində deyib. 

“İndi Çin danışıqlar prosesinə daxil olduğu üçün hər şey öz yerinə düşəcək. Düşünürəm ki, ilin sonuna kimi biz danışıqlar prosesindən və hətta real danışıqlardan söhbət edə biləcəyik”, - deyə Kissincer bildirib. 

Siyasətçi "ABŞ prezidenti xahiş etsəydi, Vladimir Putinlə danışıqlar üçün Moskvaya gedərdinizmi?" sualını da cavablandırıb. Kissincer prezidentin müşaviri statusunda gedə biləcəyini qeyd edib. 

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Çinin təqdim etdiyi 12 maddəlik plan “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam