Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Çexiyanın Karlov Universitetinin nümayəndələri ASAPES-in qonağı olub-FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Çexiyanın Karlov Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində Karlov Universitetinin “Fiziki tərbiyə və idman” fakültəsinin dekanı Radim Zelenka, Fizioterapiya departamentinin direktoru doktor Tereza Novakova və Akademik Senatın üzvü Milan Skrbek ASAPES-in qonağı olub.
Yenixeber.org: Səfər zamanı akademik heyətin və tələbələrin mübadiləsinin aparılması, ikili diplom proqramlarının yaradılması, fizioterapiya sahəsində elmi əməkdaşlığın həyata keçirilməsi və G-Sport (rəqəmsal və fiziki oyunların sintezi) yarışlarında iştirak haqqında fikir mübadiləsi aparılıb. Bundan başqa, Tereza Novakova tələbələr və həkimlər qarşısında pediatrik fizioterapiya, Çexiyada tətbiq olunan metodlar və yeniliklər haqqında geniş mühazirə ilə çıxış edib.
Akademiyanın Elmi-tədris laboratoriyasının fəaliyyəti ilı yaxından tanış olan qonaqlar rektor Fuad Hacıyev, Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət təminatı üzrə prorektor Təhminə Tağı-zadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə ilə görüşərək əməkdaşlığın inkişafı üçün atılacaq növbəti addımları müzakirə ediblər.
Bakıda olduqları müddətdə paytaxtımızın görməli yerləri ilə tanış olan qonaqlar “Formula 1” Bakı Qran Prisini də izləyiblər.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam