Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Vüqar Bayramov:“Bu qərar sahibkarlar üçün prosedurları asanlaşdırır”

"Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi sahibkarların xərclərini minimuma endirməyə və optimallaşdırmağa imkan verir".
Yenixeber.org: Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.
Millət vəkilinin sözlərinə görə, bu Qərar sahibkarlar üçün yeni imkan kimi dəyərləndirilməlidir: “Qərarın özəlliyi ondan ibarətdir ki, iki halda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmin olunacaq. Bu da prosedurların asanlaşdırılması anlamına gəlir. Malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi olduqda və ya xidmət göstərilmə məqsədilə xarici mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdiriləcək. Bu, sahibkarlar üçün həm prosedurların asanlaşması baxımından vacibdir, həm də malların daha asan şərtlərlə daxildə emal xüsusi prosedur altında yerləşdirilməsinə imkan yaradacaq”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq, ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə “daxildə emal” xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi xüsusi önəm kəsb edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam