Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub -AÇIQLAMA

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi - YENİLƏNİB

Ukrayna və Rusiya növbəti dəfə hərbi əsir mübadiləsi edib. Nəticədə 44 ukraynalı və 40 rusiyalı vətənə qayıdıb.

Yenixeber.org: Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermakın dediyinə görə, Ukraynaya qayıdanlar arasında 36 sıravi və çavuş, eləcə də 6 zabit var. O, onların hərbçilər, sərhədçilər, Milli Qvardiyaçılar və dənizçilər olduğunu deyib.

"Onlar Mariupolu, Azovstalı, Xersonu müdafiə edib, şərqdə düşmənlə vuruşub. Biz iki dinc sakini də azad etdik. Azad edilənlər arasında əsirlikdə düşmən tərəfindən işgəncələrə məruz qalan yaralılar da var. Həyat yoldaşları bundan əvvəl əsirlikdən azad edilmiş iki kişi də var" - deyə, Yermak yazıb.

Rusiya Müdafiə Nazirliyi danışıqlar zamanı 40 rus hərbçisinin əsirlikdən qayıtdığını bildirib. TASS xəbər agentliyi onların tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Moskvaya çatdırılacağını bildirib.

Aprelin 16-da Yermak rus əsirliyindən Ukraynaya 130 əsgərin qayıtdığını bildirmişdi. Ondan əvvəl vətənə 12 ukraynalı əsgər qayıdıb ki, onlardan beşi ağır yaralı olub.

Martın 24-də Ukrayna ağır yaralı məhbusları Rusiyaya təhvil verib. Koordinasiya Qərargahının məlumatına görə, bütün ağır yaralı məhbuslar Rusiya tərəfə təhvil verilib. Onların sayı dəqiqləşdirilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam