Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycan könüllüsü Türkiyə Prezidenti tərəfindən təltif olundu –FOTO

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək vermiş Azərbaycan könüllüsü, Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndəsi Ayxan Allahverdiyev Türkiyə Respublikasının yüksək mükafatına layiq görülüb.
Yenixeber.org: Ankarada keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayxan Allahverdiyevə “Türkiyə Respublikası Dövlət Üstün Fədakarlıq Medalı”nı təqdim edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan Azərbaycan könüllüləri Türkiyədə bir ay ərzində on minlərlə zərərçəkmiş şəxsə öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetiriblər.
Onlar zəlzələ bölgəsində dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti və Azərbaycan könüllüsünün qardaş dövlətin başçısı tərəfindən təltif edilməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam