Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Xankəndidən köç başladı: Ermənilər təcili evlərini satır - FOTO

Azərbaycanın Xankəndi şəhərində yaşayan erməni sakinlər evlərini kütləvi şəkildə satışa çıxarırlar. Ermənilərə məxsus əmlak satışı saytlarına baxsaq, görərik ki, hazırda Xankəndi və ətrafında yerləşən yüzlərlə əmlak – mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələri təcili satılır. 

Evlərin satış qiyməti fantastik dərəcədə şişirdilib. Satış elanlarına nəzər yetirəndə görmək olar ki, əksəriyyəti “təcili”, “razılaşma mümkündür” başlığı ilə qeyd olunub. Xankəndindəki evlər və mənzillər əksərən içindəki əşya və avadanlıqlarla birgə satışa çıxarılıb. Belə elanlar son dörd gün ərzində daha da artıb. 

Yenixeber.org:"List.am" adlı məşhur daşınmaz əmlak saytındakı elanları araşdırıb. 

Təxmini hesablamalara görə, Xankəndində normal şəraitli bir evin qiyməti 60-100 min dollar arasında dəyişir. Müşahidələr göstərir ki, Xankəndi erməniləri mənzillərlə yanaşı, şəxsi avtomobillərini və digər daşınmaz əmlakları da satmağa çalışır.  

Əmlak saytında yerləşdirilən bəzi evlərin qiymətlərinə nəzər salaq.

 

Məsələn, bu ev köhnə, dağılmış vəziyyətdə olmasına baxmayaraq, müştərilərə 95 min dollara təklif olunur. Ev təmirsizdir, həm də mebelsiz satılır. 

Digər bir mənzil də təmirsiz və əşyasız olmasına rəğmən, 85 min dollara satışa çıxarılıb.

 

Bəs ermənilər evlərini niyə satır?   

Qeyd edək ki, 23 aprel 2023-cü il tarixində Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasını başa çatdırıb və lazımi infrastrukturla (rabitə, elektrik xətti və s.) təchiz edib. Bununla da ermənilərin Qarabağa gizli şəkildə silah-sursat, hərbi texnika və canlı qüvvə gətirməsinin qarşısı alınıb.  

Sərhədin nəzarətə götürülməsindən sonra Qarabağda yaşayan bəzi erməni sakinlər Azərbaycan ərazilərini tərk etməyə başlayıblar. Bu məqsədlə onlar evlərini avadanlıqları ilə birlikdə satışa çıxarıblar. Lakin qiymətlər baha olduğundan alıcı baxımından problem yaşanır. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam