Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Canlı yayımda Ərdoğanın halı pisləşib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib.
Yenixeber.org:  "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edib.

20 dəqiqə fasilədən sonra müsahibə davam edib və Ərdoğan mədəsinə soyuq olduğunu bildirib.

"Dünən və bu gün gərgin təbliğat işləri var idi, mədəmə ciddi soyuq olub. Hətta bir müddət proqramı ləğv etsək, səhv başa düşüləcəkmi, deyə düşündüm. Dedim, artıq söz vermişik, gedərik. Təbii ki, bu gərgin işdə zaman-zaman belə hallarla rastlaşırıq. Sizdən və tamaşaçılarımızdan halallıq istəyirəm", - Ərdoğan deyib.

Canlı yayımdan sonra müxalifət liderləri Ərdoğana "keçmiş olsun" mesajları ünvanlayıb. Hakim partiyanın sözçüsü Ömər Çelik özünün sosial media hesabında Ərdoğanın səhhətinin yaxşı olduğu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam