Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Seçki asan olmayacaq -Ərdoğanın partiyasından AÇIQLAMA

“Biz seçkidə qələbə qazanmaq üçün çalışırıq və əlimizdən gələni edirik”. 

Yenixeber.org: Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım deyib

O, 14 may seçkilərinin asan olmayacağını söyləyib: 

“Biz seçkilər üçün əlimizdən gəldiyi qədər çalışırıq. Hazırda hazırlıq işləri normal gedir. İndiyədək çox uğurlu fəaliyyətimiz olub. Vətəndaşlarımızın məmnunluğunu görürük. Ancaq biz bu seçkidə təkcə Türkiyədəki siyasi partiyalarla mübarizə aparmırıq. Amerikadan, Avropa İttifaqı ölkələrindən müdaxilələr olur. Qarşımızda terror qruplaşmaları, xain FETÖ var. Bu baxımdan seçkilər asan keçməyəcək”. 

Şamil Ayrım vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, AKP seçkidə qalib gələcək: 

“Biz bütün şər qüvvələrə qarşı mübarizə aparırıq. Buna baxmayaraq, biz bu seçkilərdən qalib çıxacağıq. Prezidentimiz ilk turda qalib olacaq. Buna inanırıq”. 

Xatırladaq ki, Türkiyədə 14 may tarixində keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam