Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

10 tona yaxın tullantı təmizlənərək utilizasiya olunacaq -Xəzərdə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verilib.
Yenixeber.org: Üç gün davam edəcək aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil olunub.
Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, cəmiyyətdə ekologiyaya diqqət mədəniyyətinin təbliğinə töhfə vermək, eləcə də son illər Xəzər dənizində suyun azalması probleminə diqqəti çəkməkdir.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ekoloji problemlərin həllini daim diqqətdə saxlayıb, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb.
Ekoloji aksiya zamanı Xəzər dənizində suyun səviyyəsinin azalması səbəbindən sahilboyu hissədə üzə çıxan 10 tona yaxın tullantının təmizlənərək utilizasiya olunması nəzərdə tutulub.
“Xəzəri qoruyaq” ekoloji aksiyasına “İnnovasiya Könüllüləri Təşkilatı”nın könüllülər qrupu da qoşulublar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam