Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Mülki Aviasiya Agentliyinin səlahiyyəti artırıldı

 Dövlət Mülki Aviasiya Agentliyi Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək. 

Yenixeber.org: Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. 

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən komissiyaların işində iştirak edəcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək. 

Prezident İlham Əliyevin imzaladığı digər fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” yə də dəyişiklik edilib. 

Fərmana əsasən, Nazirlik aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam