Spiker Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri səfər çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.
Yenixeber.org: Milli Məclisdənverilən xəbərə görə, Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.
Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti, həmçinin Varşava Üsyanı Muzeyi ilə də tanış olub.