Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Rövşanənin verilişində növbəti qalmaqal —VİDEO

Son günlər verilişinə çağırdığı qonaqlarla qalmaqal yaşayan aparıcı Rövşənə Ağasəfqızının sözü influenser Nagehan Abdullayeva ilə çəp gəlib.
Yenixeber.org: Ağasəfqızı "Space səhər" proqramında qonaq etdiyi Nagehanı qəzəbləndirib. 

Buna səbəb isə Abdullayevanın "Mən azərbaycanlı bəylə evləndiyim üçün populyarlığım artdı. İnstaqramda türk gəlin görməmişəm" sözlərinə "Orada yoxdur da. Hamı çıxıb özünü ərə getməklə məşhur etmir" cavabı olub.
Abdullayeva "Xahiş edirəm sözlərinizə diqqət edin. Mən özümü ərə getməklə populyarlaşdırmamışam. Zatən instaqramda müəyyən qədər gündəmə gəlmişdim. Sonra izdivac verilişinə çıxdım" , - deyərək, özünü müdafiə edib.
Ağasəfqızı isə yenə də öz fikrində qalıb. Bundan sonra "Deməyim odur ki, instaqram və ərə getməklə yadda qalmaq bir işdirmi?" sualını ünvanlayıb.
Nagehan "Siz elə danışırsız ki, mən şokdayam. Əminəm ki, izləyicilərim də reaksiyalarını gizlədə bilmirlər. Siz niyə bu qədər ərə getməyə ilişmisiz?" sözləri ilə qəzəblənib.

Rövşanə ondan işinin məğzini izah etməsini istəsə də, Abdullayeva aparıcıya sərt cavab verib:

"Sizin işinizin məğzi nədir? İnsanları əzib, tənqid etmək? Davamlı olaraq "ərə getmək" deyirsiz. Bu, xoşagəlməzdir. Mən ona görə cavab vermək istəmirəm. "Ərə getmək" deyə tutdurubsuz. Təhsilli insanam, nə olub ki? Mən burada ailə həyatımı düzgün göstərdiyim üçün sevilmişəm. Ailə həyatımı niyə davam etdirə bilmirəm ki? Ömrümün sonuna qədər evli qalacağam deyə bir şey yoxdur. Təbii ki, Fəridə fikir ayrılıqlarımız ola bilər. Heç kimin sığortalanmayıb. Bunu da düzgün edərik. İki uşağımız var, onlardan biri qızdır".
Qeyd edək ki, R. Ağasəfqızı ötən həftələrdə efirində Əməkdar artistlər Nigar Şabanova və İlkin Əhmədovla qalmaqal yaşayıb.
https://bax.tv/maqazin-xeberleri/rovsane-efirde-dalasdi-176515

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam