Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Rövşənə göndərilən “vergi” hər dükana görə ayda 50-60 min rubl təşkil edirdi"


 

Bu günlərdə İstanbulda qətlə yetirilən məşhur azərbaycanlı “vor zakon” Rövşən Canıyevin (Lənkəranski) Rusiyanın Ural vilayətində söz sahibi olduğu bəlli idi. Bu vilayətdəki bazarların, o cümlədən vilayətin inzibati mərkəzi Yekatrinburq şəhərinin ticarət mərkəzlərinin və bazarlarının “Rövşən Lənkəranski”nin “krışalığı” altında olduğu haqda vaxtaşırı olaraq məlumatlar yayılıb.

Xeberinfo.com:   Məlumata görə, indi Ural vilayətinin yerli mediasında “Rövşən Lənkəranski”nin qətlindən sonra onun biznesinin taleyinin necə olacağı haqda yazırlar.

Ura.ru portalı yazır ki, Yekatrinburq sakinləri mərhum Rövşən Canıyevin biznesində fəal iştirak edirdilər. “Ded Xasan”ın düşməni üçün pulları onun yerlərdəki avtoritetləri yığırdı. Azərbaycan sakinləri öz yerliləri ilə fəxr edirdi və ona hər ticarət köşkündən, alver piştaxtasından hər ay pul yığırdılar. Narazılıq edənlərlə “məsələni ayrıd edirdilər”, razılar isə Türkiyəyə “qrev” göndərməklə özlərini xoşbəxt hiss edirdilər.

 

Reportajda deyilir ki, Rövşənin Uraldakı adamları əsasən Azərbaycanın cənub bölgəsindən olanlar, talışlardır. Onların hər biri Rövşəni özünə qohum və ruhən qardaş hesab edirdi. “Talışlar üçün Canıyev avtoritet idi, vor zakon idi, ancaq onu cinayətkar hesab etmirdilər. Doğrudan da ona pul yığırdılar, yaxud dəqiq desək Rövşənə hər ay pul ayırırdılar. Yekatrinburqda meyvə, tərəvəz, göyərti satan köşklərin hamısı bir-biri ilə bağlıdır, malı hansısa azərbaycanlı topdansatıcıdan alırlar. Əsasən bu köşklər azərbaycanlı topdansatıcılara məxsus olur, bəzilərinin on, bəzilərinin 30 köşkü”-informasiyalı mənbə danışıb.

Mənbənin dediyinə görə, son vaxtlar Rövşənə göndərilən “vergi” hər dükana görə ayda 50-60 min rubl təşkil edirdi. Statistik məlumatlara görə 2010-cu ilə qədər Yekatrinburqda meyvə-tərəvəz satan 600-a qədər ticarət köşkü olub, son illər onların sayı yarıyadək azalıb. Ehtimal olunur ki, buna “Rövşən Lənkəranski” ilə “Ded Xasan” arasında müharibə səbəb olub. Lakin köşklərin sayının yenidən artdığı bildirilir. Təxmini hesablamalara görə Yekatrinburqdan hər ay Rövşənə 5-10 milyon rubl pul gedirdi.

“Bir dəstə cəfəri aldınsa deməli şərti olaraq “vor zakon”un cibinə 1 rubl getdi”-jurnalistin həmsöhbəti deyir. O, dəqiqləşdirir ki, əvvəllər Canıyev “Ded Xasan”la müharibəyə görə pul yığırdı. Nəhayət 2013-cü ildə “Ded Xasan” öldürüldü, buna görə də onun klanından olan “vor zakon”lar Rövşənə ölüm hökmü çıxardılar.

Yekatrinburqda Rövşənə haqq verənlər təkcə meyvə-tərəvəz köşkləri olmayıb, iri müəssisələr, məsələn, topdansatış bazaları da ona hər ay pul göndərib. İri bazarlarda icarəyə verilən hər kvadratmetr yerə görə 200 rubl avtoritetin payı olub.

Sayt Rövşən Canıyevin Yekatrinburqdakı adamlarının da adlarını çəkir. Bunlardan 4-cü meyvə-tərəvəz bazasını işlədən Azər Piriyevin özünün ayrıca klanı var. Ora Zaur, Əhliman və qohumu Bəhruz Piriyev, habelə Mehman Ağamuradov daxildir. Əhlimanın işi xırda ticarət köşklərindən, Bəhruzun işi isə topdansatış bazalarından haqq yığmaqdır.

Uraldakı talışların ən nüfuzlu personajı isə “Ağsaç” ləqəbli Ağayar Ağayevdir. Hansı ki, bu ilin aprelində özünə 50 illik yubiley keçirmişdi və Rövşənin klanından olan kriminal avtoritetləri də dəvət etmişdi. Lakin xüsusi təyinatlılar bu mərasimə basqın edib onları saxladı. Ağayar özünü Rövşənin Ural üzrə “səlahiyyətli nümayəndəsi” kimi təqdim edir.

Bəs indi Rövşənin ölümündən sonra nə olacaq? Mənbələr deyir ki, qeyri-stabillik dövrü başlayacaq, ancaq haqq yığılması qüvvədə qalacaq. Pullar kimə gedəcək, bu hələ qaranlıq qalır. Çünki Rövşənin yerin kimin tutacağı hələ məlum deyil...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam