Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daha bir terk idmançı İrəvanda qızıl medal qazanıb “Azərbaycan” dedi -FOTO+VİDEO

o-da-irevanda-qizil-medal-qazanib-azerbaycan-dedi

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib.

Yenixeber.org: Çempionatda 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək Avropa çempionu olub. 

İdmançı, həmçinin 99 kiloqram nəticə ilə birdən qaldırmada qızıl, 120 kiloqram göstərici ilə təkanla qaldırmada bürünc medala layiq görülüb.

Təltifetmə mərasimindən sonra Nuray Güngör “TRT Spor Yıldız” telekanalına açıqlamasında bayraq qalmaqalına görə İrəvanı yarışmamış tərk etmiş Azərbaycan idmançılarını unutmadığını bildirib: “Azərbaycanlı qardaşlarımız üzülməsinlər, onlar yoxdursa, biz varıq”.

Qeyd edək ki, daha əvvəl 45 kiloqram çəki dərəcəsində 3 qızıl medal qazanmış Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etdiklərini bildirmişdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam